Yolda ölmüş heyvanların əti ilə qidalanan “mağara qadını” hər kəsi təəccübləndirdi – FOTObackend

Yolda ölmüş heyvanların əti ilə qidalanan “mağara qadını” hər kəsi təəccübləndirdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin Kolçester şəhərində yaşayan Sara Dey adlı qadın görənləri təəccübləndirir. Belə ki, özünü “mağara qadını” adlandıran Dey yol kənarında avtomobil qəzası nəticəsində həyatını itirən heyvanların ətini bişirməklə qidalanır.

34 yaşlı qadın uşaqlıqdan təbii mühitdə yaşamaq qabiliyyəti qazandığını və hərəkətini düzgün hesab etdiyini  bildirir.

1

“Yol kənarında həmişə heyvan görmürəm. Ancaq həftədə bir dəfə yol kənarında ölü heyvanlara rast gəlirəm və onları bişirib yeyirəm. Gah maral, bəzən də dələ, gah siçovul, gah dovşan… Onların əti bir az şirindir, amma ləzzətlidir”, – deyə o bildirib.

Yolda gördüyü hər heyvanı yemədiyini deyən Dey sözlərinə belə davam edib:

“Göyərçin görəndə həmişə onu yeyirəm. Dadı bir az toyuğunkuna bənzəyir, amma çox daha dadlıdır. Qarşıma çıxan heyvanların ölümündən 24 saat keçibsə, yemirəm, çünki təhlükəlidir”.

O, heyvanların dərisindən istifadə etdiyini, sümüklərindən alətlər və silahlar düzəltdiyini vurğulayıb.

“Xüsusilə, tülküləri dərisi üçün götürürəm. Mən onların dərisini soymağın heç bir zərərini görmürəm, çünki onlar artıq ölüblər”.

Gənc qadın bəzi hallarda zəhərli olmadığını dəqiqi bildiyi bitki və meyvələri də toplayıb yediyini deyir.

Dey daş dövrünə heyranlığının uşaqlıq illərindən başladığını bildirib.