Yunanıstanda Baş Qərargah rəisi və komandanları dəyişibbackend

Yunanıstanda Baş Qərargah rəisi və komandanları dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda 4 illik səlahiyyət müddəti başa çatan Baş Qərargah rəisi Konstantinos Florosun yerinə Xüsusi Müharibə Departamentinin rəisi Dimitris Hupis təyin edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Milli Təhlükəsizlik Hökuməti Şurası (KYSEA) Baş nazir Kiryakos Mitsotakisin başçılığı ilə Baş Qərargah rəisi, Quru Qoşunları Komandanının yerinə yeni adların müəyyən edilməsi ilə bağlı bir araya gəlib. Səlahiyyət müddəti başa çatan Hərbi Dəniz Qüvvələrinin komandanı və Hərbi Hava Qüvvələrinin komandanı ilə bağlı məsələ qaldırılıb.

İdarə Heyətinin verdiyi qərarla Baş Qərargah rəisi vəzifəsinə Dimitris Hupis, Quru Qoşunları komandanı olaraq Yorgos Kostidis, Dəniz Qüvvələri komandanı olaraq Dimitrios Evangelos Kataras, Hərbi Hava Qüvvələri komandanı isə Dimosthenis Qriqoriadis təyin edilib.

Qərardan sonra açıqlama verən Mitsotakis Florosun həm milli, həm də beynəlxalq aləmdə çətin bir geosiyasi dövrdə Baş Qərargah vəzifəsini icra etdiyini, təbii fəlakətlər və xüsusi ehtiyaclar zamanı da ölkəyə xidmət etdiyini bildirib.

1965-ci ildə anadan olan Hupis 2022-ci ildə Egey adalarını qorumaq üçün qurulan Daxili İşlər və Adalar Ali Hərbi Komandanlığının (ASDEN) komandanı vəzifəsində çalışıb.