Zəhərli hörümçəklər Moskvada bir mənzili ZƏBT ETDİbackend

Zəhərli hörümçəklər Moskvada bir mənzili ZƏBT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəhərli hörümçəklər Moskvada bir mənzili zəbt ediblər.

interpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, zəhərli hörümçəklər Moskvada bir mənzili zəbt ediblər.

Hörümçəklər bazardan alınan plastik meyvə qabından çıxıblar. Qadın bazardan Krasnodar çiyələkləri alıb, evə aparıb.

“Qara dul” və ya “qaraqurd” adlanan hörümçək çiyələklərin içindən çıxaraq moskvalının mənzilində özünə yuva düzəldib.

Sahibi hörümçəyi konteynerə salmağa müvəffəq olub. Lakin sonra gözlənilməz bir hadisə baş verib. Məlum olub ki, qara dul otaqda yumurta qoymağa müvəffəq olub və oradan körpə hörümçəklər görünməyə başlayıb.

İndi qadın “Food City”dən meyvələrdən ona gələn yeni sakinlərdən xilas olmaq üçün xidmətlərə müraciət edib.

Xuraman Etibarlı

İnterpress.az