Üç il ərzində özünü qonşu nüvə fövqəldövlətinin təcavüzündən qoruyan bir ölkənin prezidentini diktator adlandırmaq böyük sinizm tələb edir.
İnterpress.az xəbər verir ki, bu barədə Çexiya prezidenti Petr Pavel X şəbəkəsində yazıb.
Pavel ABŞ prezidenti Donald Trampın Ukrayna dövlət başçısını “dəhşətli iş görmüş seçilməmiş diktator” adlandıran bəyanatını şərh edib.
“Seçkilər qonşu nüvə fövqəldövlətinin təcavüzündən 3 ildir ki, özünü müdafiə edən ölkədə keçirilsə, onun nə dəyəri olacaq?
Ərazinin beşdə biri düşmən qoşunları tərəfindən işğal edilərkən, bütün ölkə hər gün atəşə tutulduğu halda seçkilər necə təşkil oluna bilər?
Belə bir ölkənin prezidentini diktator adlandırmaq böyük sinizm tələb edir”, – Çexiya prezidenti qeyd edib.
Xatırladaq ki, Rusiyanın 2022-ci ilin fevralında işğalından sonra Ukraynada hərbi vəziyyət qüvvədədir və bu, seçkilərin keçirilməsinə mane olur.
Zelenskinin prezidentlik müddəti ötən ilin mayında başa çatıb.
Xuraman Etibarlı
İnterpress.az