İnsan boyunda əqrəb fosili tapıldıbackend

İnsan boyunda əqrəb fosili tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “BMC Biology” jurnalında dərc olunan araşdırmaya görə, ABŞ-ın Lova əyalətindəki Lova Geoloji Araşdırmalar Mərkəzinin mütəxəssisləri meteor krateri içindəki “Upper Lova” çayı yatağının 18 metr altında 150 parçadan ibarət olan qalıqlar aşkarlayıb. Qalıqları araşdıran Yale Universitetindən olan elm adamları qalıqların o dövr okean altındakı bölgədə yaşamış bilinməyən bir canlı növünə aid olduğunu kəşf edib.

Milyonlarla il əvvəl okeanlara hökm etdiyi düşünülən nəhəng yırtıcı böcək görünüş etibarilə əqrəbə bənzəyir. “Pentecopterus decorahensis” adı verilən canlı, məlum olan ən qədim dəniz yırtıcısından 10 milyon il daha yaşlıdır.

Araşdırmanı aparan qrupun rəhbəri Yale Universiteti mütəxəssislərindən James Lamsdell \”Bu, ilk böyük həqiqi yırtıcıdır. Bariz şəkildə təcavüzkar olduğu görünür. Onunla üzmək istəməzdim. Əslində elmi olaraq bir böcək deyil. Təməl olaraq dəniz əqrəbləri ailəsi olan “eurypterid” in bir üzvidir \” deyib. Lamsdell quruda yaşayan əqrəblərdən fərqli olaraq, kəşf edilən canlının quyruğunda iynənin olmadığını, quyruğunu tarazlıq və üzmək üçün istifadə etdiyini söyləyib.

2007-ci ildə dərc olunan başqa bir araşdırmaya görə də, Almaniyanın Prum şəhəri yaxınlığında bir qayalıqdan 390 milyon illik olduğu hesab edilən qalıqlar tapılmış, 460 ilə 225 milyon il əvvəl yaşadığı bilinən bir dəniz əqrəbinin boyunun 2,5 metr ola biləcəyi ifadə edilmişdi.

İnterpress.az