Ərdoğan Netanyahunu “Qəzza qəssabı” ADLANDIRDIbackend

Ərdoğan Netanyahunu “Qəzza qəssabı” ADLANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərdoğan İsrailin baş nazirini “Qəzza qəssabı” adlandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Anadolu Xəbər Agentliyi yayıb. Bildirilir ki, prezident Rəcəb Tayyib Ərdoğan Parlamentlərarası Qüds Platformasında çıxışı zamanı İsrailin baş naziri Netanyahunu “qəssab” adlandırıb.

“Netanyahu, sələfləri kimi, adını tarixə biabırçı şəkildə “Qəzza qəssabı” kimi yazdı… Biz HƏMAS-dan olan qardaş və bacılarımızın Fələstinin Kuva-yi Milliye (Türkiyənin müstəqilliyi uğrunda döyüşənlər) kimi vətənlərini işğalçılardan müdafiə etməyə davam etdiyini görəcəyik”, – Ərdoğan deyib.

Qeyd olunan platforma 2015-ci ildə Fələstini dəstəkləyən deputatların təşəbbüsü ilə yaradılıb.

Xuraman Etibarlı

İnterpress.az