Regionda sülh və sabitliyin təmin olunması üçün çalışırıq.
İnterpress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Parlamentlərarası Qüds Platformasının 5-ci Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə dünyanın müxtəlif regionlarında, o cümlədən, Qafqazda sabitliyin təmin olunmasına səy göstərir.
R.T.Ərdoğan söyləyib ki, Türkiyə bunu Ukrayna və Yaxın Şərqdə də etməyə çalışır.