Suriyada “Sepah”-ın daha 10 üzvü öldürüldübackend

Suriyada “Sepah”-ın daha 10 üzvü öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verri ki, bir neçə gün əvvəl Suriyanın Hələb şəhərində İŞİD yaraqlıları tərəfindən öldürülən “Sepah”çılardan 9-u, qurumun nəzdində fəaliyyət göstərən “Fatimiyyun” briqadasının üzvləri olub. Bu briqadanın əsas üzvləri İranda mühacir kimi yaşayan Əfqanıstan vətəndaşlarıdır. Adları açıqlanmayan həmin şəxslərin meyitləri son günlərdə ölkəyə gətirilərək İranın Zahidan şəhərində dəfn edilib.

Həmçinin “Sepah”ın Bəşər Əsəd rejimini qorumaq üçün Suriyaya göndərdiyi daha bir üzvü, Əbdülrza Mociri noyabrın 27-də Hələb şəhəri yaxınlığında öldürülüb.

Qeyd edək ki, İran İslam Respublikası Suriya hökumətinin yaxın müttəfiqi və onun əsas himayədarlarından biri sayılır. Son aylarda Bəşər Əsəd rejimini qorumaq üçün bu ölkəyə göndərilmiş “Sepah”ın onlarla komandir və üzvü İŞİD-ə qarşı hərbi əməliyyatlarda həlak olub.

İnterpress.az