Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova dəfn edilib.
İnterpress.az xəbər verir ki, o, İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
***
14:21
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib.
İnterpress.az bildirir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakıda anadan olub. 2002-2019-cu illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) olub./oxu.az