Türkiyə Çilinin qərarını rədd edib.
İnterpress.az türk mediasına istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Ankara parlamentlərin hadisələri tarixi şərh etmək səlahiyyətinin olmadığını və Çilinin 1915-ci il hadisələri ilə bağlı qərarının BMT-nin Soyqırım Konvensiyasına zidd olduğunu bildirib.
Türkiyə Çili Deputatlar Palatasının 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri ermənilərin “soyqırımı” kimi tanıması ilə bağlı dünənki qərarını qəti şəkildə rədd edib.
“Parlamentlərin tarixi şərh və məhkəmə qərarı vermək səlahiyyəti yoxdur”, – Türkiyə Xarici İşlər Nazirliyi sərt açıqlama verib.
Çili parlamentinin qərarı “hüquqi etibarı ilə etibarsız” adlandırılıb və BMT-nin 1948-ci il Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasına zidd olub.
Türkiyə bu Konvensiyaya əsasən, “soyqırım cinayətinin yalnız səlahiyyətli məhkəmə tərəfindən müəyyən edilə biləcəyini” vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az