Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər toplusu aktuallığını saxlayır.
İnterpress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı sualını cavablandırarkən deyib.
O qeyd edib ki, tərəflərdən heç biri 9 noyabr 2020-ci il tarixli bəyanatdan rəsmən imtina etməyib.