Ermənistanda polis İrəvan-Meqri yolunu bağlayan bir neçə vətəndaşı həbs edib.
İnterpress.az xəbər verir ki, bu barədə erməi mediası məlumat yayıb. Bildirilir ki, İrəvan-Meqri magistralında etiraz aksiyası zamanı vəziyyət gərginləşib.
Polis Tavuş sakinlərinə dəstək ifadə edən vətəndaşlara yolu bağlamağa imkan verməyib. Onlar sonda bir neçə etirazçını zorla maşına mindiriblər. Sonuncular arasında Daşnaksutyun-un gənclər qanadının üzvü Gerasim Vardanyan da var.
Qeyd edək ki, İrəvan-Gümrü və İrəvan-Sevan yolları da bağlanıb. Ermənilər bu yolla Tavuşda delimitasiyaya etirazlarını ifadə edirlər.
Xuraman Etibarlı
İnterpress.az