Alen Simonyan: İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdırbackend

Alen Simonyan: İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır.

İnterpress.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Düşünürəm ki, Ermənistan Azərbaycandan təbii qaz alarsa, bu, müsbət hal olar. Bu məsələni müzakirə etməliyik. İndi də Rusiya Federasiyasından aldığımız təbii qazın bir hissəsi Azərbaycan qazıdır”, – o vurğulayıb.