Ermənistan Baş Prokurorluğuna Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə ərizə təqdim edilib.
İnterpress.az xəbər verir ki, bu barədə məlumatı erməni mediası yayıb.
Ermənistan Baş Prokurorluğuna Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə ərizə təqdim edilib.
Cinayət aktı vəkil Ara Zöhrabyan və ehtiyatda olan polkovnik Ayk Naqapetyan tərəfindən tərtib edilib.
Ərizədə “cinayət işinin başlanması, ibtidai istintaqın aparılması və Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həlli barədə göstəriş verilsin” tələbi var.
“Biz prokurorluğun bu mesajı tez bir zamanda həyata keçirməyə çalışacağına ümidli deyilik. Lakin biz xatırlayacağıq və tələb edəcəyik, prokurorluğun yüksək vəzifəli şəxslərinin və cinayətə biganəlik göstərən digər məmurların davranışlarına nəzarət edəcəyik”, – vəkil deyib.
Xuraman Etibarlı
İnterpress.az