1 nömrəli Bakı Tibb Kolleci publik hüquqi şəxsə çevrilibbackend

1 nömrəli Bakı Tibb Kolleci publik hüquqi şəxsə çevrilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyinə məxsus 1 nömrəli Bakı Tibb Kolleci təşkilati-hüquqi formasını dəyişərək publik hüquqi şəxsə çevrildiyini elan edib.

İnterpress.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, 1 nömrəli Bakı Tibb Kolleci 1997-ci ildə yaradılıb. Burada 1 700-dən artıq tələbə təhsil alır, 250-yə yaxın insan çalışır.