Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,51 ABŞ dolları və ya 3,74 % artaraq 125,19 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 129,09 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,68 ABŞ dolları və ya 4,25 % artaraq 114,56 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.






