Ələtdə narkotacirlər tutuldubackend

Ələtdə narkotacirlər tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, qəsəbə sakinləri əvvəllər məhkum olunmuş Yaşar Musayev, Afət Səmədov, İlqar İmanov, həmçinin, Zaur Əhmədov və Şahin Rüstəmli tutularaq istintaqa təqdim ediliblər.

Onların hər birinin üzərindən şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi məqsədi ilə araşdırmalar davam etdirilir. Adları çəkilən hər bir şəxs barəsində Qaradağ RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

İnterPress.Az