Ermənistanda “Hayastan” blokunun Vanadzor nümayəndəsi saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Panorama.am” məlumat yayıb.
Ermənistanın Vanadzor şəhərində müxalif “Hayastan” blokunun nümayəndəsi və parlament seçkilərində namizəd Artur Ohanyanın Antikorrupsiya Komitəsi tərəfindən saxlanıldığı bildirilir.
Bu barədə blokun üzvü Narek Mantashyan sosial şəbəkədə məlumat verib. O, Ohanyanın “növbəti absurd uydurma” əsasında saxlanıldığını iddia edib.
Xuraman Etibarlı
İnterpress.az






