Taunla mübarizə institutunun əməkdaşı elə həmin xəstəlikdən ÖLDÜbackend

Taunla mübarizə institutunun əməkdaşı elə həmin xəstəlikdən ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrkutsk vilayətində taun xəstəliyindən qadın ölüb, xəstəxanada karantin tətbiq edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

İrkutsk vilayətində taunla mübarizə institutunun əməkdaşı ağciyər taunu nəticəsində vəfat edib.

Məlumata görə, qadın Buryatiyaya xidməti səfərdən qayıtdıqdan sonra xəstələnib. Daha əvvəl həmin bölgədə Monqolustan sərhədində taun ocağı qeydə alınıb.

Qadının çalışdığı bölmədə daha bir əməkdaşın olduğu, onun müayinədən keçirildiyi və xəstəlik əlamətlərinin aşkarlanmadığı bildirilir. Qadınla təmasda olan şəxslərin də analizləri mənfi çıxıb.

Hadisədən sonra Şelexov rayon xəstəxanasında bir sıra şöbələrdə xəstələrin qəbulu və evə buraxılması dayandırılıb.

Həkimlər və Rospotrebnadzor yoluxmanın şəraitini araşdırır və epidemiya əleyhinə tədbirlər həyata keçirir.

Xuraman Etibarlı

İnterpress.az