İrkutsk vilayətində taun xəstəsinin ölümündən sonra 189 nəfər xəstəxanaya yerləşdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İrkutsk vilayətində taun xəstəsi olan qadının ölümündən sonra onunla təmasda olan 189 nəfər xəstəxanaya yerləşdirilib.
Onlar stasionarlarda və yerli taunla mübarizə elmi-tədqiqat institutunda ciddi karantinə alınıblar.
İzolyasiya edilən şəxslərin bir hissəsində xəstəlik əlamətləri də müşahidə olunub.
Həkimlər bildiriblər ki, kütləvi yoluxmadan danışmaq üçün hələ tezdir.
Xuraman Etibarlı
İnterpress.az






