“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni hazırlanmış qanun layihəsi Milli Məclisə daxil olub.
İnterpress.az xəbər verir ki, sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin sabahkı birgə iclasında müzakirəyə çıxarılacaq.






