Dünən saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
***
00:47
Kürdəmirdə toy mərasimində zəhərlənənlərin sayı 50 nəfəri keçib.
Məlumata görə, onlardan 7-si azyaşlıdır.
Qeyd edək ki, hadisə ötən gün şəhər ərazisində yerləşən “Günəş” restoranında qeydə alınıb.
Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.
30 sentyabr, 22:53
Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.
Hadisə şəhər ərazisində yerləşən “Günəş” restoranında qeydə alınıb.
Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.
Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.






