Pyatiqorskdə üçüncü mərtəbənin karnizində dayanan uşaq xilas edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Pyatiqorskdə üçüncü mərtəbənin pəncərəsindən yıxılmaq təhlükəsi ilə üzləşən uşaq xilas edilib. Uşağın karnizin üzərində dayandığı bildirilir.
Xilasedicilər gələnədək sakinlər uşağın yıxılacağı ehtimalına qarşı aşağıda təhlükəsizlik tədbirləri görüblər. Mənzildə uşağın daha böyük yaşda olan başqa bir uşağın da olduğu məlum olub. Hər iki uşağın vəziyyətinin yaxşı olduğu bildirilir.
Şəhər başçısı Dmitri Voroşilovun sözlərinə görə, hadisə zamanı valideynlər evdə olmayıb. Onlar uşaqları mənzildə qoyaraq qapını kilidləyiblər.
Valideynlərin məsuliyyəti ilə bağlı qərarın qəyyumluq orqanları tərəfindən veriləcəyi bildirilib.
Xuraman Etibarlı
İnterpress.az






