Qarabağ döyüşlərində əli azərbaycanlıların qanına bulaşmış Artur Ayvazyan saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə onun vəkili Anna Tsarukyan məlumat verib.
O bildirib ki, “Qarabağ müharibəsi veteranı, “Monax” ləqəbi ilə tanınan Artur Ayvazyan saxlanılıb”.
Vəkilin sözlərinə görə, saxlanılma ötən gün baş verib, lakin hələlik ona ittiham elan edilməyib.
Anna Tsarukyan bildirib ki, iş odlu silahdan istifadə ilə bağlıdır. Vəkil hadisənin digər təfərrüatlarını açıqlamayıb.
Xuraman Etibarlı
İnterpress.az






