Batumi sahillərində ekipajsız Türkiyə gəmisi aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan Dəniz Nəqliyyatı Agentliyi məlumat yayıb.
Batumi sahillərində ekipajsız Türkiyə gəmisinin sürükləndiyi aşkarlanıb. Axın nəticəsində gəmi Gürcüstanın ərazi sularına daxil olub.
Hadisə yerində aidiyyəti qurumlar işləyir. Gəmi artıq müəyyənləşdirilib.
Hazırda Türkiyə tərəfi ilə koordinasiya şəraitində gəminin yedəyə alınması və təhlükəsiz əraziyə aparılması üçün tədbirlər görülür.
Xuraman Etibarlı
İnterpress.az






