İndoneziyada 40 metrlik ağacın aşması nəticəsində 4 nəfər xəsarət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
İndoneziyanın Qərbi Yava əyalətində təxminən 40 metr hündürlüyündə ağac dörd nəfərin üzərinə aşıb.
Hadisə zamanı ağacın altında tərəvəz satışı üçün piştaxta olub və piştaxta da zədələnib.
Yolun hərəkətinə mane olan ağac bir neçə saat sonra ərazidən götürülüb. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.
Xuraman Etibarlı
İnterpress.az






