İnterpress.az xəbər verir ki, Kepler kosmik teleskopunun məlumatları üzərində işləyən tədqiqatçı qrupunun 4 il davam edən ortaq çalışmasına görə “Kepler-444” adı verilən ulduz və ətrafındakı planetlərin yaşı təqribən 11,2 milyard ildir. Alimlər kainatın yaşının 13,8 milyard il, Günəş sisteminin 4,5 milyard il olduğunu qeyd edərək yeni ulduz sisteminin “çox yaşlı” olduğunu bildirirlər.
“Astrophysical Journal” nəşrinin məlumatına görə, ulduzun ətrafında dövr edən 5 planetin ən böyüyü Merkuri, ən kiçiyi isə Venera boydadır. Ulduza yaxın olduqları üçün səthlərində istiliyin çox yüksək olduğu təxmin edilir. Bu da həmin planetlərdə yaşayışın olduğunu istisna edir.
Avstraliyadakı Sidney Universitetinin mütəxəssisi Daniel Huber bildirib ki, daha əvvəl belə bir şey görünməyib: “Bu qədər yaşlı bir Günəş və ətrafındakı kiçik planetlərin sayı bu ulduz sistemini xüsusi edir. Kainatın ilk zamanlarından qalan bir ulduz sistemiylə qarşılaşmaq fövqəladə haldır”.
Kepler teleskopu 2009-cu ildə kosmosa çıxarılıb və Yerə bənzər mindən çox planet kəşf edib.
İnterpress.az