Rusiyalı qadın Tailandda narkotikdən ÖLDÜ – Uşaqları TƏK QALDI – FOTObackend

Rusiyalı qadın Tailandda narkotikdən ÖLDÜ – Uşaqları TƏK QALDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı keçmiş məmur Tailandda narkotikdən ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Magadan vilayətinin Tikinti, Kommunal Təsərrüfat və Energetika Nazirliyinin keçmiş əməkdaşı 31 yaşlı qadın 2022-ci ildə iki övladı ilə Tailanda köçüb.

O, buradakı yeni həyatına sevgilisi ilə başlayıb və qısa müddət sonra narkotikdən istifadə etməyə başlayıb.

Məlumata görə, 4 noyabrda qadının cəsedi sevgilisi tərəfindən evdə tapılıb. Ölümün ilkin səbəbi həddindən artıq dozadan ürək tutmasıdır.

Onun iki uşağı – 9 və 10 yaşlı övladları Tailandda tək qalıb. Atalarının onları Rusiyaya gətirməyə maddi imkanı yoxdur.

O, təcili xərcləri qarşılamaq üçün yardım kampaniyası açıb. Söhbət pik mövsümdə təxminən 260 min rubl dəyərində aviabilet, habelə hospital və kremasiya xərclərinin ödənilməsindən gedir.

Bu müddətdə uşaqlar atasının tanışlarının yanına yerləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az