İsmayıllıda ayı yerli sakini öz həyətində parçalayıbbackend

İsmayıllıda ayı yerli sakini öz həyətində parçalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az hadisə 1950-ci il təvəllüdlü Xanagah kənd sakini Rəsulov İsmayıl Yaqub oğlu yaşadığı evin həyətyanı sahəsində itburnu yığarkən baş verib.

Qəflətən ayının hücumuna məruz qalan yerli sakin göz, üz, əl və kürək nahiyəsindən xəsarət alıb. İ.Rəsulov təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, çoxlu qan itirsə də, həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşıb.

Hadisə zamanı İ.Rəsulovun ailə üzvləri səs-küy salaraq onu ayının pəncəsindən xilas edə biliblər. Yırtıcı qaçaraq həyəti tərk edib.