Qızını döyüb pəncərədən atan ata 7 il 6 ay HƏBS EDİLDİbackend

Qızını döyüb pəncərədən atan ata 7 il 6 ay HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrkutskda qızını vəhşicəsinə döyərək 4-cü mərtəbədən atan kişi 7,5 il həbs cəzası alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın İrkutsk şəhərində Özbəkistandan olan 44 yaşlı miqrant qızını ağır şəkildə döydüyünə və onu dördüncü mərtəbədən atdığına görə 7 il 6 ay müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edilib.

Hadisə 2024-cü ilin noyabrında baş verib. Məlumata görə, kişi avtomobillə şəhərdə hərəkət edərkən valideynlərinin icazəsi olmadan sevgilisi ilə görüşmək üçün dərsdən yayınan qızını küçədə görüb.

O, qızını vuraraq zorla avtomobilə mindirib və əvvəlcə işlədiyi yerə aparıb. Burada da onu döyüb. Daha sonra evə gətirdiyi qızını taxta çubuq və metal örtüklü şlanqla döyməyə davam edib.

İşgəncələrdən sonra kişi qızı mənzilin dördüncü mərtəbəsinin pəncərəsindən aşağı atıb.

Qız çoxsaylı xəsarətlər alsa da, vaxtında göstərilən tibbi yardım sayəsində sağ qalıb. O, xəstəxanada atasının əleyhinə ifadə verib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs günahını etiraf etməyib. Məhkəmə onun 7 il 6 ay müddətinə ciddi rejimli koloniyada cəza çəkməsinə qərar verib.

Xuraman Etibarlı

İnterpress.az