İnterpress.az xəbər verir ki, tədbiri giriş sözü ilə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov açıb.
Onun sözlərinə görə, layihənin məqsədi texnologiyanın transferinə və elmin kommersiyalaşdırılmasına əsaslanaraq qurulan innovativ sahibkarlığın inkişafını dəstəkləməkdir: \”Bu məqsədlə həyata keçirilən təlim və mentorluq fəaliyyətləri Azərbaycanda innovasiya ekosisteminin inkişafı aspektində innovativ sahibkarlığın inkişafı, eləcə də elmi-təhsil-biznes əməkdaşlığının formalaşdırılması prosesinə töhfə verir\”.
Nazir müavini vurğulayıb ki, KOİCA ilə əməkdaşlığa xüsusi önəm verilir: \”Çünki innovativ sahibkarlığın inkişaf etdirilməsi vacib əhəmiyyətə malikdir. Hazırda Azərbaycan informasiya texnologiyaları sahəsində xidmət ixrac edir”.
Daha sonra KOİCA-nın Azərbaycan ofisinin direktoru Park Kumok bildirib ki, Azərbaycanda innovativ iqtisadiyyatın prosesi Koreyanın xüsusi marağında olub.
Xatırladaq ki, \”Ağıllı Körpü\” layihəsi çərçicəsində bu il avqustun 30-dan sentyabrın 14-nə qədər keçirilmiş təlimlərdə 60-dan çox şəxs, o cümlədən 20-ə yaxın universitet, dövlət və özəl qurumlardan nümayəndələr iştirak edib.