Xanım para-taekvondoçumuz dördüncü dəfə Avropa çempionu oldu – FOTObackend

Xanım para-taekvondoçumuz dördüncü dəfə Avropa çempionu oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın Bari şəhərində para-taekvondo üzrə keçirilən Avropa Açıq çempionatında Aynur Məmmədova qızıl medal qazanıb.

İnterpress.az xəbər verir ki, Məmmədova +58 kq çəki dərəcəsində ispanyalı idmançıya 8:6, daha sonra fransalıya 23:1 və rusiyalıya 12:8 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Finalda idmançımız Özbəkistan təmsilcisini 3:0 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da o, dördüncü dəfə Avropa çempionu olub.

Xanım para-taekvondoçumuz dördüncü dəfə Avropa çempionu oldu - FOTO