Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirəcək.
İnterpress.az xəbər verir ki, U-20 Yaponiyadan olan həmyaşıdları ilə üz-üzə gələcək.
Qarşılaşma Qəbələ şəhər stadionunda, saat 16:00-da start götürəcək.
Qeyd edək ki, Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv ilk yoxlama matçında Moldovaya 0:1 hesabı ilə uduzub./report






