Əfqanıstanda “Taliban” silahlıları ilə toqquşmalarda 10 polis ölübbackend

Əfqanıstanda “Taliban” silahlıları ilə toqquşmalarda 10 polis ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda şimalındakı Kunduz əyalətində radikal \”Taliban\” silahlıları ilə toqquşmalarda azı 10 polis əməkdaşı ölüb.

Bu barədə İnterpress.az \”Tolo News\” telekanalına istinadən xəbər verir.

Məlumata görə, öldürülən asayiş keşikçiləri arasında polis rəisi Məhəmməd Zahir də var. Telekanal bildirib ki, döyüşlər zamanı 3 silahlı da öldürülüb.

\”Toqquşmalar dünən gecə Sahib bölgəsində bir qrup yaraqlının iki polis nəzarət-keçid məntəqəsinə hücum etməsindən sonra baş verib\”, – Vilayət Şurasının üzvü Xaluddin Hakimi bildirib. O deyib ki, ölənlərin sayı 10-dan çox ola bilər.

İnterpress.az