İnterpress.az xəbər verir ki, mətndə mücahidlərə tövsiyələr yer alıb.
1.Allah mömünləri cihada çağırıb onu dinin dirəyi etdiyi, mücahidləri evlərində oturanlardan üstün tutduğu kimi cihada da ədəb və sərhəd gətirib. Sizlər hikmətə və fitrətə uyğun olan bu ədəbləri bilməli və onlara riayət etməlisiniz. Kim bu sərhədlərə riayət edərsə, ilahi lütfə və bərəkətə nail olar. Bu ədəblərə riayət etməyənlərin isə savabı və mükafatı azalar, onlar istədiklərinə çata bilməzlər.
2.Cihadın hər kəsə tətbiq olunacaq ümumi qaydaları var. Böyük peyğəmbər savaşa getməzdən əvvəl səhabələrinə bu ədəbləri tövsiyə etmişdi.
3.İslam düşmənləriylə edilən müharibənin də özünə xas ədəb və əxlaqı var. Bu məsələni İmam Əlinin həyatında, xütbələrində və nitqlərində görmək olar. Onun topluluğu da onun sözlərini özləriylə tanrı arasında bir hüccət sayıb və onun tərzini, üsulunu izləyib.
4.Allah üçün canlara riayət edin. Hər nə şərt olursa- olsun Allahın öldürülməsini caiz görmədiklərini öldürməyin. Ən böyük günahlardan biri məsum insanı öldürməkdir. Ən böyük yaxşılıqlardan və savablardan biri də onların həyatını qorumaqdır. Allah kitabında bunu vurğulamışdır. Bunu bilin ki, məsum bir insanı öldürmək həm dünya həyatı üçün, həm də sonrasındakı həyat üçün təhlükə yaradır.
5.Sizinlə savaşmayanların hörmətini saxlayın – xüsusilə zəifləmiş olanların, yaşlıların, qadınların və uşaqların. Hətta sizinlə döyüşənlərin ailələrinə, evlərinə və mallarına hücum etməkdən çəkinin.
6.İnsanların dininə iftira atmaqdan, onların məhrəmlərinə sataşmaqdan uzaq durun. Bir vaxtlar xaricilərin etdikləri kimi və indi də dini öz məqsədləri üçün istismar edən müsəlmanların etdiklərini etməyin.
7.Hansı dindən və ya məzhəbdən olursa olsunlar müsəlman olmayanlara hücum etməkdən qaçın. Çünki onlar müsəlmanların müdafiəsindədir. Onlardan hər hansısa birinin hörmətini itirənlər xain sayılırlar və xainlik də Allahın dinində ən çirkin şeydir.
8.Xalqın malları mövzusunda heç kimsənin başqasının malına sahib olması düzgün deyil.
9.Günahı başqalarının üzərinə atmayın.
10.Sizi hirsləndirsələr belə sizinlə döyüşmədikcə başqalarını haqlarından məhrum etməyin.
11.Bunu bilin ki, sizinlə döyüşənlər başqalarının yoldan çıxartmalarıyla səhv edənlərdir. Xalqın ağlındakı şübhələri artıraraq yolundan sapanlara yardım etməyin. Davranışlarla və nəsihətlə kifayətlənin, zülmün, təhqirin və düşmənçiliyin qarşısını alan bu adamlardakı şübhələri dağıdın.
12.Kimsə zülmün buraxdığı təsiri ədalətin buraxmadığını sanmasın. Bu düşüncə yaşananlara sürətli bir baxışdan, sonrasını düşünməkdən, orta və uzunmüddətli nəticələri görməməlikdən gəlməkdən, millətlərin tarixi, yaşantısı və ənənələri mövzusunda bilgi sahibi omamaqdan qaynaqlanır. Halbuki bütün bunlar zülm, cinayət, toplumun təhdidi məsələsində xəbərdarlıq edir və Allahın onların heç gözləmədiyi bir anda onları və hökumətlərini necə yox etdiyini göstərir.
13.Xoşgörü və bağışlama, dəlilləri isbatlama, qaydalara və təmiz dəyərlərə riayət etmə, qısa müddətdə ağır zərərlərə səbəb olsa da daha yaxşı nəticələr və bərəkət gətirəcək.
14.İnsanlara qarşı qoruyucu və nəsihətedici olun ki, sizi qəbul etsinlər, sizə inansınlar və düşmənlərinizə qarşı sizə yardım etsinlər. Hətta zəifləmiş düşmənlərə belə yardım edin. Çünki onlar sizin qardaşlarınız və ailələriniz sayılırlar. Öz ailələrinizə qarşı şəfqətli davrandığınız kimi onlara da şəfqətli davranın.
15.Namazınızdan qafil olmayın. Çünki Allah qatında heç bir əməl namazdan daha üstün deyildir. Namazın əxlaq və davranışlar üzərində böyük təsiri var. Namaz Allah şükürdür, dinin qorunmasıdır və əməllərin qəbul vəsiləsidir. Allah qorxu və savaş sırasında müəyyən şərtlərdə namaz üçün asanlıq gətirir. Hətta üzü qibləyə olmadan da namaz qılmaq olar.
16.Allahı daha çox anın. “Quran” oxuyun, daima Allahla danışın və ona qayıdacağınızı xatırlayın.
17.Peyğəmbərin və əhli-beytin əxlaqına bağlı qalın. Savaş və barış zamanı onların əxlaqına görə davranın. O vaxta qədər ki, islam üçün bir dəyər və gözəllik ola biləsiniz.
18.Sizi fəlakətə sürükləməməsi üçün təfəkkürdə tələskənlik etməyin. Çünki düşmənlərinizin sizinlə bağlı ən böyük ümidi sizin çox düşünmədən onların istədiyi yerə getməyinizdir. O halda sıralarınızı qaydasında tutun, əlaqələndirin və addımlarınızda tələsməyin. Edəcəklərinizi yaxşı düşünün və vasitələrinizi hazırlayın.
19.Düşmənin özünə qalxan olaraq istifadə etdiyi öz xalqınızı, onların xeyrini istəyənləri dəstəkləməli, onlar üçün edilən fədakarlıqların qədri bilinməlidir. Onları incitməyin. Bilin ki, heç kimsə sizi sizin kimi düşünə bilməz və yaxşılığınızı istəməz. Yaxşı niyyətli və xalis olun. Lazım olduqda bir-birinizin xətasını nə qədər böyük olsa da, bağışlayın. Çünki bir əcnəbinin özünün, ailəsinin və ölkəsinin yaxşılığını istədiyini düşünən biri sadəcə düşüncəyə qapılıb. Daha əvvəl də təcrübə edilmiş şeyi yoxlamaq istəyən hər kəs peşman olacaqdır. Bilin ki, bir-birinizi bağışlayarsınızsa, bunun mükafatı çox olacaq.
20.Hər kəs düşüncələrini bir tərəfə buraxmağa və yaxşı əxlaq sahibi olmağa səy göstərməlidir. Allah insanları bir-biriləriylə tanış olmaq, təcrübə və mənfəətlərini bir-biriləriylə paylaşmaq üçün fərqli millətlər və qövmlər şəklində yaradıb. O halda boş düşüncələrin və özünü bəyənmişliyin sizə qalib gəlməsinə imkan verməyin. Keçmişdə sizin və digər müsəlman ölkələrin başına nə bəlalar gəldiyini, enerjilərinin, güclərinin, mallarının və sərvətlərinin bir-birinə zərbə vurmaq və bir-birini yox etmək uğrunda necə yox olduğunu görün. Halbuki, bu güc inkişaf və müsəlmanların vəziyyətlərinin yaxşılaşdırılması olunda istifadə oluna bilərdi. O halda sadəcə zalımlərin yaxasına yapışmayın. Allahın ipinə möhkəm sarılın, birlik olun. Əgər Allah içinizdə bir xeyir görürsə, sizə də əldə edəcəyinizdən daha yaxşısını verəcəkdir. Çünki Allah hər şeyə gücü yetəndir.
İnterpress.az