İsrail ordusu Livanda Hizbullah obyektlərinə ZƏRBƏ ENDİRƏCƏK – FOTObackend

İsrail ordusu Livanda Hizbullah obyektlərinə ZƏRBƏ ENDİRƏCƏK – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Cənubi Livanda Hizbullah obyektlərinə zərbələr endirməyə hazırlaşır. Mülki əhali təxliyəyə çağırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Adrai ərəbcə açıqlama yayıb.

İsrail Silahlı Qüvvələri Cənubi Livandakı Hizbullahın hərbi infrastrukturuna yaxın günlərdə aviazərbələr endiriləcəyini bildirib.

Adrai bölgədəki bir sıra kəndlərin sakinlərini təcili şəkildə ərazini tərk etməyə çağırıb.

Onun sözlərinə görə, həmin şəxslər Hizbullah tərəfindən istifadə olunan binaların yaxınlığında yaşayır və təhlükəsizlik naminə ən azı 500 metr uzaqlaşmalıdırlar.

Açıqlamada qeyd olunur ki, planlaşdırılan hücumlar təşkilatın bölgədə yenidən fəallıq göstərməsinin qarşısını almaq məqsədi daşıyır.

Bu arada, Beyrutda Livan hökumətinin iclası keçirilir və vəziyyət müzakirə olunur.

Xuraman Etibarlı

İnterpress.az