Tramp Mərkəzi Asiya liderlərini Ağ evdə QƏBUL EDƏCƏKbackend

Tramp Mərkəzi Asiya liderlərini Ağ evdə QƏBUL EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp Ağ Evdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərini qəbul edəcək. Görüş iqtisadiyyat və təhlükəsizlik mövzularına fokuslanacaq

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərini Ağ Evdə qəbul edəcək. Sammit C5+1 formatında keçiriləcək.

Görüşün əsas məqsədləri iqtisadi tərəfdaşlığın gücləndirilməsi, ABŞ-nin enerji və nəqliyyat sahələrinə investisiyasının artırılması, həmçinin Çin və Rusiyanın regiondakı təsirini məhdudlaşdırmağa yönəlik addımların müzakirəsidir.

Tərəflər əməkdaşlıq imkanlarını genişləndirmək, o cümlədən regional sabitlik və təhlükəsizlik istiqamətində yeni təşəbbüsləri nəzərdən keçirməyi planlaşdırır.

Xuraman Etibarlı

İnterpress.az