TANAP və “Türkiyə axını”nı…backend

TANAP və “Türkiyə axını”nı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TANAP-la Rusiyanın sualtı “Türk axını” qaz layihələrini müqayisə edən yerli media sonuncunun az əhəmiyyətli olmasından və “Türk axını” layihəsi ilə bağlı yaranmış “mübahisələrin” fövqündə TANAP-ın reallığa çevrildiyindən yazır.

Marttın 18-də Azərbaycanın televizya kanalları diqqəti belə bir məqama çəkiblər ki, Qars şəhərində TANAP-ın tikintisinin açılış mərasiminin keçirildiyi gündə Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Recep Tayyip Erdoğana zəng vuraraq “Türk axını” qaz kəməri layihəsini müzakirə edib.
Bundan bir qədər əvvəl Azərbaycanın energetika naziri Natiq Əliyev bəyan etmişdi ki, onun ölkəsi Avropaya “Türk axını” vasitəsilə ildə 63 milyard kubmetr qaz ixrac edəcək Rusiyaya rəqib deyil.

Tikintisi 2018-ci ildə başa çatdıralacaq bu kəmər, həm də Bakı-Tbilisi-Ərzrum və ya Şahdəniz kəməri kimi tanınan və Türkiyə, Azərbaycan və Gürcüstanı birləşdirən mövcud Cənubi Qafqaz Kəmərinə bağlanacaq. Bundan sonra kəmər Türkiyədən Yunanıstan, Albaniya və Adriatik dənizi boyunca İtaliyaya qaz nəql edən Transadriatik Kəməri ilə (TAP) birləşəcək.

Cənubi Qafqaz Kəməri, TANAP və TAP-la birlikdə Cənub Qaz Dəhlizi kəmər sisteminin tərkib hissədir.

Azərbaycanın dövlət şirkəti SOCAR və Türkiyənin Botas şirkəti müvafiq olaraq TANAP-da 58 və 30 faiz paya mailk olacaqlar. 12 milyard dollara başa gələcək bu layihədə qalan 12 faiz pay isə Britaniyanın neft-qaz nəhəngi BP-ə məxsus olacaq.

TANAP \”Türk axını\”na qarşı

Hökumətyönlü “Bakı xəbər” qəzeti yazır ki, Moskva və Ankara arasında Rusiya qazının satış qiymətlərinə görə mövcud olan fikir ixtilafı “Türk axını” layihəsinin icrasını sual altına ala bilər.

“Bütün bunlar elə bir vaxtda baş verir ki, Türkiyədə TANAP kəmərinin bünövrəsi artıq qoyulub. Ekspertlərin fikrincə, əgər Rusiya və Türkiyə razılığa gələ bilməsələr, Ankara Azərbaycandan daha çox qaz alacaq. Azərbaycan qazı Türkiyəyə daha ucuz başa gəlir. TANAP Azərbaycanın Türkiyəyə daha çox qaz satmasına imkan yaradır” – qəzet yazır.

“Bakı xəbər” əlavə edir ki, “Rusiya hələlik Türkiyə və Avropa ilə olan qaz mübahisələrini çözməyib. Belə bir şəraitdə Avropa Azərbaycana doğru daha çox meyllənir”.
Bakıdakı rusdilli Day.az saytı TANAP kəmərinin tikintisini “Azərbaycanın qələbəsi” adlandırır. Sayt “Türk axını” layihəsinin gələcəyinə şübhə ilə yanaşır.

“Avropa İttifaqının rus qazına allergiyalı münasibətinə əsasən demək olar ki, “Türk axını” əvvəlcədən iflasa məhkumdur. “Türk axını” layihəsinin ideyası belə realist deyil. Bunu Cənub Qaz Dəhlizi layihəsi barədə demək olmaz. Bu layihə üzərində iş mərhələlərlə və cədvələ tam uyğun şəkildə aparılır” – məqalədə deyilir.
Müstəqil “Ekspress” qəzeti TANAP-ı reallığa çevirən Bakı və Ankaranın “cəsarətli addımları”nı təqdir edir.

“Bütün bədbin proqnozlara baxmayaraq Azərbaycan qazı Avropaya nəql ediləcək…Bakı indiyədək ən ağlasığmaz ideyaları reallığa çevirib və şübhə yoxdur ki, TANAP layihəsi də icra ediləcək və bu, qlobal əhəmiyyətli hadisə olacaq” – yazır “Ekspress”.

Qəzet həmçinin TANAP-ın icrasına “Türkiyə axını” layihəsi ətrafında mübahisələrin davam etdiyi bir vaxtda başlanmasına diqqət çəkir.

Avrasiya üçün yeni əməkdaşlıq formatı

Martın 18-də hökumətyönlü “Lider” televiziya kanalı bildirib ki, TANAP Avrasiyada əməkdaşlığın yeni formatını təcəssüm etdirir.

“Ankara və Bakı tərəfindən birgə icra olunan böyük layihələr bütün dünyada sülhün və firavanlığın təminatına imkan yaradır. Aydın olur ki, Azərbaycan-Türkiyə müttəfiqliyi sülhə xidmət edir. Bunun üzərinə kölgə salanlar cavablarını alacaqlar. Azərbaycan və Türkiyə bundan sonra da iftira kampaniyasına qarşı birgə mübarizə aparacaqlar” – deyib telekanal.

Müxalif “Yeni müsavat” qəzeti yazır: “TANAP bir siyasi layihə kimi də böyük əhəmiyyətə malikdir. Daha çox ölkənin Azərbaycana investisiya yatırması onun müstəqilliyini daha da möhkəmlədir”.

İnterpress.az