Kentukkidə DƏHŞƏT: Qadın dərman əvəzinə insan əlləri olan bağlama ALDIbackend

Kentukkidə DƏHŞƏT: Qadın dərman əvəzinə insan əlləri olan bağlama ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın dərman əvəzinə insan əlləri olan bağlama alıb.

İnterpress.az xəbər verir ki, ABŞ-nin Kentukki ştatında yaşayan bir qadın sifariş etdiyi dərmanları gözləyərkən qorxunc mənzərə ilə üzləşib.

Bağlamanı açanda içəridən iki insan əli və dörd kəsilmiş barmaq çıxıb – hamısı tibbi paketlərdə buzun üzərinə yerləşdirilmişdi.

“Biz elə bildik dərmandır… Qutunu açdıq, gördük ki, içəridə bədən hissələridir”, – qadın bildirib.

Polis bağlamanı götürərək morqa təhvil verib. Sonradan məlum olub ki, bu qorxunc “göndəriş” əslində tibbi məqsədlər üçün nəzərdə tutulubmuş.

Xuraman Etibarlı

İnterpress.az