Xoşbəxtliyin 5 meyarıbackend

Xoşbəxtliyin 5 meyarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, insanların xoşbəxt olmasının iki əsas şərtinın olduğunu ifadə edən türk psixiatr, professor doktor Nevzat Tarhan bu şərtləri açıqlayıb: “ \”Birinci, addım insanın özünü tanıması, duyğularının fərqinə varıb istiqamətləndirməsi və bunların köməyiylə hərəkətə keçməsidir. İkinci, digər insanlarla ünsiyyət qurması və beləliklə qarşı tərəfin duyğularını anlamasıdır. Xoşbəxtliyi yaxalamaq doğru ünsiyyətə bağlıdır”.

Birləşmiş Millətlər Təşkilatı (BMT) yer üzündəki insanların xoşbəxtliyi xatırlamaları və qeyd etmələri üçün 2012-ci ilin 20 mart tarixini “Dünya Xoşbəxtlik Günü” elan edib. Başda BMT Baş Qərargahının olduğu ABŞ, üzv olan bir çox ölkələrdə təhsil, mədəniyyət və ictimai sektorlarda fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, dərnək və təşkilatlar bu günlə bağlı mesajlar yayınlayır.

Üsküdar Universitetinin rektoru professor doktor Nevzat Tarhan insanın xoşbəxtliyi yaxalamasında iki təməl addımın olduğunu ifadə edərək, insanın əvvəl özünü tanımasını, sonra isə digər insanlarla ünsiyyət qurmasını tövsiyə edib: “Xoşbəxt hiss etmək doğru ünsiyyətə bağlıdır. Çünki heç kim tək başına xoşbəxt ola bilməz. İnsanlar psixiatorlara ən çox bədbəxtlik hissindən şikayətlə müraciət edirlər. Bizim peşəmizin məqsədlərindən biri, cəmiyyətin dincliyinə və xoşbəxtliyinə töfhəmizin olmasıdır. Bədbəxtliyin ən böyük səbəblərindən biri onu səhv yerlərdə axtarmaqdır. Daxili əmin-amanlığın, rahat və hüzurun yolunu tapmaq üçün mütəxəssisə müraciət edən şəxsi, “Sənin xoşbəxtliyin bu sahədə deyil, filan sahədədir” deyə düzğün istiqamətləndirərək onun doğru nöqtələrə yönəldirmək lazımdır.
Məsələn, insan pəncərəsinin önündəki gülləri görmür, amma xəyalındakı bir gül bağçasına qovuşmaq istəyir. Bu, xoşbəxtliyi səhv yerdə axtarmaq deməkdir”.

Professor bildirib ki, hazırda müasir cəmiyyətin ən böyük problemi bədbəxtlik hissinin aradan qaldırılmasının mümkün olmamasıdır: “Xoşbəxtliyə duydulan ehtiyac insanların yarandığı gündən başlayır. Müasir dövrə qədər təsirini davam etdirən əxlaqi dəyərlər insana xoşbəxt olmağın yollarını göstərib. Ancaq, müasir dövrün bizə təlqin etdiyi həyat tərzi bu mövzudakı çarəsizliyə çıxış yolu göstərmədi. Yaşadığımız əsrdə insanlar depressiyaya girir, sonra da müalicə olunurlar. Amma xoşbəxt olmaq, depressiyada olan birinin müalicə olmasından daha fərqlidir”.

Xoşbəxtliyin fiziki, zehni, romantik, ictimai və peşəyə bağlı yönlərdən ibarət göstəricilərinin olduğunu izah edən professor Tarhan gerçək xoşbəxtliyi yaxalamaq üçün bütün göstəricilər nəzərə alınmağa çağırıb: “İnsanda əzabdan, ağrıdan, problemlərdən qaçma meyli var. Qərb elm adamları insanı asılılığa sövq edən üç genetik refleksdən bəhs edir. Bunlardan ilki beyində dopaminerjik sistemlə çalışan yenilik axtarışı ilə əlaqədardır. İkinci meyl serotoninerjik sistemlə gedən zərərdən qaçma istiqamətindədir. Üçüncüsü isə mükafat asılılığının və insanın xoşuna gələn, zövq aldığı şeylərə bağlanmasını ifadə edir.
Bu içki, qumarla yanaşı, cinsəllik, texnologiya ya da komfort həyata asılılıq da ola bilər. İnsanın xoşbəxtliyi üçün bu meyllərin doğru mərkəzə istiqamətləndirməsi əsasdır. Yoxsa məcrasından çıxa bilər. Hətta bir adamın özünü dəyişdirmə, inkişaf, radikal olma halı hər zaman bu vəziyyətlərlə əlaqələndirilir. Xoşbəxt olmaq üçün yaxşının fərqinə varıb ona doğru getmək lazımdır. Bunu bacarmaq üçün bioloji quruluşumuzu yaxşı tanımalıyıq.

Dediyimiz kimi, xoşbəxtliyin fiziki, zehni, romantik, ictimai və peşə ilə bağlı olan hissələri var. Əgər gerçək xoşbəxtliyi yaxalamaq istəyiriksə, parametrlərin hamısını nəzərə almaq məcburiyyətindəyik. Bir insanın fiziki sağlamlığının yerində olması xoşbəxtliyin yaranması baxımından çox vacibdir, amma bu kifayət etmir. Çünki zehni xoşbəxtlik də əhəmiyyətlidir. Təbii bunları bilmək tək başına kafi deyil. Xoşbəxtliyi həyata keçirmək, romantik baxımdan dəstəkləmək və insani münasibətlərdə əks etdirmək lazımdır. Sosial xoşbəxtlikdə, ailə və dost ətrafı, peşə xoşbəxtliyində iş ətrafı və iş həyatı ilə uyğunlaşma əhəmiyyətlidir. Bunların hamısı insanın “xoşbəxtəm” deməsinin beş əsas meyarını təşkil edir”.

İnterpress.az