Bel ağrısı kabusa dönməsinbackend

Bel ağrısı kabusa dönməsin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, türk mütəxəssislərinin fikrincə bel toxuması ya da bel əzələlərinin zəifliyinin səbəbi qidalanmadır.

\”Bel ağrısının qarşısını almaq üçün BOL BOL SU içmək\”

Düzgün qidalanmadığımız zaman bütün bədənimiz kimi bel bölgəmiz də təsirlənir. Bunun birinci səbəbi isə lazımınca maye qəbul etməməyimizdir. Az miqdarda su içməyimiz bel problemlərini yaradır. Çünki disklərin olduğu onurğalararası bölgə qan dövranı zəif olan bölgədir.

Mütləq bəslənməsi üçün diffuziya lazımdır. Diffuziya üçün də gündə 2,5-3 litr su qəbul edilməsi lazımdır. Meyvə və çərəz qəbul edilməsinə də laqeyd yanaşılmamalıdır. Bol su istehlakı bel ağrılarını azaldan müdafiə üsuludur. İş şərtləri bel ağrılarında çox əhəmiyyətli bir faktordur. Ergonomik olmayan, yəni insan bədəninə uyğun olmayan oturacaqlar, avtomobil və ev kresloları, yataq kimi gündəlik həyatda tez-tez istifadə etdiyimiz məhsullar bel ağrılarını qaçılmaz edır. Uzun müddət ayaqüstə işləmək da bel ağrılarına səbəb ola bilir. Xüsusilə uyğun bir iş mühiti yoxsa, ayaqqabı rahat və ortopedik deyilsə bu faktorlar ayaqüstü işləyən insanlar üçün bel ağrısı yarada bilər.

Gündəlik həyata mənfi təsiri

Bel ağrıları gündəlik həyata da təsir edir. İş qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Bel ağrısıyla çalışan bir adam nə qədər məhsuldar olacaq? Dolayısıyla iş yerlərində işçi sayı da azalacaq. Dərman istifadəsi və xəstəliyin irəliləyən mərhələsində əməliyyata gətirib çıxaracaq. Bu da həm ölkəni, həm də xəstəni maddi olaraq da müəyyən zərərə salacaq.

Bel ağrısı bel yırtığı yaradır

Bel yırtığı bel ağrısıyla başlayır. Bel yırtığının üç mərhələsi var. Əvvəl disklərdə gücədüşmə olur. Xəstə özünə diqqət etməz və səhv hərəkətlərinə davam edərsə ağrıları artar. Bu dövrlərdə problem aşkar edilib vaxtında müdaxilə edilərsə, bel yırtığı meydana gəlmədən daha rahat daha sərfəli üsullarla – fiziki müalicə, əllə müalicə və ya qidalanmanın qaydaya salınması ilə problem həll edilə bilər.

“Əməliyyatdan sonra bel yırtığı olmaz” fikri səhvdir

Disklərin yeyilməsi meydana gəlib, yırtılma baş verdiyi zaman çölə bir maye çıxır və bu maye sinir köklərinə təzyiq edir. Təzyiq mikrodiskektomiya deyilən bir cərrahi müdaxilə ilə aradan qaldırılır. Mikrodiskektomiya diskin tamamiylə təmiri edilməsi demək deyil. Diskin çıxması orada bir anatomik pozuqluq vəziyyətini davam etdirir. “Əməliyyat olan xəstənin yenidən bel yırtığı namizədidirmi?” sualına cavab olaraq mütəxəssislər “Bəli, yenidən bel yırtığı yarana bilər” deyir.

Şiddətli ayaq ağrılarına diqqət!

Xüsusilə sağ və ya sol ayaqda tək tərəfli ağrılar ola bilər. Bəzən iki ayağa birdən ağrılar verə bilər. Xəstə dözülməz ağrılar çəkir. Gəzmə çətinliyi yaranır. O zaman fizyoterapistler beyin cərrahı mütəxəssislərinə və ya ortopedlərə istiqamətləndirir. Onlar da əməliyyat diaqnozu qoyursa, xəstə əməliyyat ilə sağaldılır.

Ağır idmanlardan qaçın

Qidalanmaya diqqət etmədən ağır idman edən insanların bel ağrısı çəkməsi və ya bel yırtığına tutulma riskləri daha yüksəkdir. Xüsusilə son illərdə bədəni inkişaf etdirmə, futbol, basketbol kimi insanı təzyiqə salan idman növləri belə güc salır və ağrıya səbəb ola bilir.

İnterpress.az