Ölüm və tuneldə işıq görünməsinin səbəbibackend

Ölüm və tuneldə işıq görünməsinin səbəbi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu insanlar tunelin sonunda ağ işıq gördüklərini bildirir, ölmüş qohumları ilə ünsiyyət yaratdıqlarını deyirlər.

Mütəxəssislərin araşdırmasına görə, beyinə kislorod və qlükoza çatmaması nəticəsində ürək dayanması zamanı beyində fəallıq yaradır. “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan araşdırma Miçiqan Universitetinin əmkdaşları tərəfindən aparılıb. 9 siçan üzərində aparılan araşdırmada maraqlı məqamlar ortaya çıxıb. Canlıların vəziyyəti xüsusi cihazlar- elektrokardioqraf və elektroensefaloqraf vasitəsilə öyrənilib.

Məlum olub ki, ürək dayanmasından 30 saniyə sonra beyinin fəaliyyəti kəskin artır. Bunun nəticəsində beyinlə ürək arasında əlaqə yaranır. Ürək döyüntülərinin azalması zamanı beyin siqnalları ən yüksək həddə çatdığını müşahidə edib.

Mütəxəssislərin sözlərinə görə, dərmanlarla ürəyin dayandırılması zamanı iki orqan arasında əlaqə blok edilərsə, pasiyentin həyata qayıtma şansı çoxalır. Əvvəl isə belə hesab edilirdi ki, orqanizmin ölümündə ürək əsas rol oynayır.

Araşdırmanın son nəticəsinə görə, ürəyin dayandırılılması zamanı beynin fəaliyyəti insanlarda tuneldə ağ işıq, yaxud ölülərə söhbət kimi hadisələrə səbəb olub.

İnterpress.az