Qulaq cingiltisi nəyin xəbərçisidir?backend

Qulaq cingiltisi nəyin xəbərçisidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az məşhur lor, professor Fazil Yazıçının qulaq cingildəməsi ilə əlaqədar maraqlı və bilinməyən məlumatlarını təqdim edir.

Qulağımız niyə cingildəyir?

Qulaq cingildəməsi müxtəlif xəstəliklərdən qaynaqlana bilər. Xarici qulaq xəstəlikləri, orta qulaq xəstəlikləri, orta qulaq iltihabları, qığırdaq pozulması kimi səbəblərlə ortaya çıxa bilər. Səbəblər arasında ən çox görünəni isə daxili qulaqdakı tüklü hüceyrələrin degenerasiya olması səbəbiylə ortaya çıxan qulaq cingildəmələridir. Buna sübjektiftir səbəb deyilir. Yəni xəstə tərəfindən eşidilir, sadəcə, başqası tərəfindən eşidilmir. Bir də obyektiv qulaq cingildəməsi var. Bunu isə başqası da qulaqları ilə eşidə bilər.

Qulaq cingiltisi nəyin xəbərçisidir?

Qulaq cingildəməsinin qarşısı necə alınır?

Qrip infeksiyadan sonra da belə qulaq cingildəməsi ola bilir və bir neçə gün içərisində keçir. Amma qulaq cingildəməsi ilə əlaqədar müəyyən tədbirlər görülməlidir. Daxili qulaqdakı həssas tüklü hüceyrələrin pozulmaması üçün yüksək səsli musiqi dinləməmək, gurultulu yerlərdə olmamaq, çay-qəhvə və yağlı yeməklərin qəbulunu azaltmaq lazımdır. Qısacası, sağlam qidalanmaq, sağlam yaşamaq lazımdır.

Hər 5 adamdan 1-i bu xəstəliklə yaşayır

50 yaşından sonra qulaq cingildəməsi artır. Amma bu, gənclərdə olmur mənasına da gəlmir. Gənclərdə də bu xəstəlik görülə bilər. Dünyada aparılan araşdırmalara görə, 10-25 faiz qulaq cingildəməsi narahatlığını yaşaya bilir.

“Qulaq çirki eşitmə zəifliyinə səbəb olur”

Qulaq çirki qulaqda olması lazım olan, xarici qulaq yolundakı dərinin dəyişməsi nəticəsində yığılan ölü dəridir. Narahat olmağa çox əsas yoxdur, çünki qulaq özü-özünü təmizləyər. Təmizləyə bilmədiyi təqdirdə ölü dəri parçaları xarici qulaq yollarına yığılır. Tük diblərindən çıxan maye ilə birləşdikdə tünd qəhvəyi, qəhvəyi və ya qaraya yaxın “tıxac” yaradır. Qulaq çirki eşitmə zəifliyi də yarada bilər.

Müalicəsi necədir?

Qulaq cingildəməsinə görə müalicə tətbiq olunur. Xarici qulaq yolundakı çirkə, iltihabadan yaranan qulaq cingildəməsi varsa onlar aradan qaldırılır. Orta qulaqdakı iltihablara və xəstəliklərə bağlıdırsa, onları aradan qaldırmaq lazımdır. Daxili qulaqdakı keçməyən qulaq cingildəməsi insanları narahat edən, yuxularına haram qatan, hətta sosial və iş həyatını pozan cingildəmədirsə, bunun müalicəsi əvvəllər yalnız dərmanlarla aparılırdı. Həkimlər də xəstələrinə “bu cingildəməsi ilə yaşamağı öyrənəcəksən” deyərdi. Son 1-1,5 ildir lazer müalicəsi tətbiq olunur. Qulaq cingildəməsi ilə əlaqədar müalicələrin 70 faizi uğurla nəticələnir. Lazer müalicəsi dünyada 45-46 ölkədə tətbiq olunur.

Qulaq cingiltisi nəyin xəbərçisidir?

Qulaq cingildəməsinin beyin xəstəlikləriylə də əlaqəsi var. Amma ümumi desək, xəstəliyin səbəbini tapıb ona görə müalicə tətbiq etmək lazımdır. Lakin qulaq cingildəməsi böyük nisbətlə daxili qulağa aid olur. Bunlarda da müalicə zamanı tibbi müdaxilə və lazer müalicəsiylə 70 faizə çatan müvəffəqiyyət əldə olunur.

İnterpress.az