Dünyanın ən təhlükəli 12 xəstəliyibackend

Dünyanın ən təhlükəli 12 xəstəliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Səhiyyə Təşkilatının göstərdiyi rəqəmlərə görə bu günə qədər dünyada 4 min 493 insan Ebola virusundan həyatını itirdi və 8 min 997 adam bu xəstəliyə tutulub.

Buna baxmayaraq “Focus” dərc olunan alan bir xəbərə görə, Ebola Dünyanın ən təhlükəli ilk on xəstəliyi siyahısında yer almır. İnterpress.az bu siyahıda insanların ən çox ehtiyatlanmalı olduğu “Dünyanın ən təhlükəli ilk on iki xəstəliyi” sıyahısını təqdim edir:

1) Tənəffüs yolları xəstəlikləri – Ümumiyyətlə ağciyərin iltihablanması olaraq ən çox rast gəlinən ölümcül yoluxucu bir xəstəlikdir. Əksəriyyəti uşaq və yaşlılar olmaqla ildə təxminən 4 milyon adam bu xəstəlikdən həyatını itirməkdədir.

2) AIDS – İldə 3 milyon insanın həyatını itirdiyi bu xəstəlikdə, yeni yoluxmalar hələ də yüksək səviyyədədir.

3) İshal xəstəlikləri- Ən çox rast gəlinən xolera, tifteriya və dizenteriya kimi ishal xəstəlikləri xüsusilə uşaqları öldürür. 1996-cı ildə 3 milyon olan ölüm sayı indiki vaxtda yalnız bir milyon azaıb.

4) Vərəm – Dünyada ildə 1 milyon 600 min adam vərəmdən dünyasını dəyişir. Xüsusilə siqaret çəkənlərin bu xəstəliyə tutulma təhlükəsi çox yüksək.

5) Qızdırma – Dünyanın ən təhlükəli infeksiya xəstəliklərindən biridir. Əgər müalicə edilməzsə xəstənin heç bir yaşama şansı yoxdur. Kiçik bir ağcaqanad sancması ölümcül ola bilir. Bu tropik xəstəliyi Dünyada ildə 1 milyon insanın ölümünə səbəb olur.

6) Qızılca – Əslində peyvəndi olan zərərsiz uşaq xəstəliyi kimi görünür. Lakin, buna baxmayaraq ildə 1 milyon insan bu xəstəlik üzündən həyatını itiririr. Bir çox uşaqda qızılca səbəbindən yaranan beyin iltihabı ölümlə nəticələnə.

7) Yuxu xəstəliyi – Yalnız tropik Afrikada görünən və çeçə ağcaqanadının sancmasıyla yoluxan yuxu xəstəliyi (Tripanozomiyazı) ildə 500 min adamın ölümünə səbəb olur.

8) Tetanos – Dərmanı olmasına baxmayaraq tetanos üzündən dünyada ildə 300 min adam həyatını itirməkdədir. Bu xəstəliyin ən acı tərəfi də ölənlərin ümumiyyətlə körpələr olmasıdır.

9) Boğmaca – Xüsusilə yeni doğulmuş körpələr bu xəstəliyə tutularlar. “Bordetella pertussis” bakteriyasının gətirib çıxardığı bu xəstəlik üst tənəffüs yollarını təsir edir. Dünyada bu xəstəlikdən ildə təxminən 300 min insan həyatını itirməkdədir.

10) Miningit – Dünyada ildə 160 ilə 300 min adam bu üç xəstəlik üzündən (miningit, Hepatit və sifilis) həyatını itirməkdədir.

11) Hepatit – Hepatit, qaraciyər hüceyrələrində iltihab yaradan xəstəlikdir. Hepatit məhdud və ya heç bir əlamət olmadan ortaya çıxa bilər amma çox vaxt sarılıq, anoreksiya (iştahsızlıq) və halsızlıq kimi simptomlar yaradır. Altı aydan daha qısa sürsə akut; daha uzun sürsə xroniki hepatit olaraq adlandırılar. Hepatit dünyada ən çox hepatit virusları deyilən bir qrup virusun yoluxmasıyla yaranır amma eyni zamanda toksinlər (xüsusilə spirt, müəyyən dərmanlar, bəzi sənaye üzvi həlledicilər və bitkilər), digər infeksiyalar səbəbiylə də meydana gələ bilər.

12) Sifilis – Sifilis, spiroket bakteriyası Treponema pallidum vəya pallidum növündən olan virusların səbəb olduğu cinsi yolla bulaşan bir infeksiyadır. Yoluxmasının əsas səbəbi cinsi təmasdır; eyni zamanda anadan dölə, hamiləlik və ya doğum əsnasında yoluxma, doğuşdan gələn sifilis ilə nəticələnər.

İnterpress.az