İnterpress.az xəbər verir ki, Oksford geokimyaçılarının apardığı araşdırma nəticəsində Yerin yarandığı ilk zamanlarda öz tərkibinə görə ona bənzəyən Merkuri ilə toqquşduğu qənaətinə gəlib. Məhz bu toqquşma həyat şərti olan maqnit sahəsinin yaranmasına səbəb olub.
Mütəxəssislər öz araşdırmalarının nəticələrini “Nature” jurnalında dərc etdirib.
Mütəxəssislərin fikrincə, Yerdəki bəzi metalların tərkibi Merkuridə də az miqdarda var. Bu, Merkuridən Yerə düşən asteroidlərin tərkibinin araşdırılması zamanı üzə çıxıb. Bu isə onu təxmin etməyə əsas verir ki, Yer uzaq keçmişdə Günəşə yaxın olan planetlə toqquşub. Bu planetin böyük ehtimalla Merkuri olduğu bildirilir.
Merkuri ilə toqquşmadan sonra Yerdə dəyən metallar orda uran və digər metallarla birləşərək nüvə reaksiyalarına səbəb olur.
Alimlərin son araşdırması Yerin qədimlərdə planetlə toqquşması və beləliklə Yerdə maqnit sahəsinin yarandığına dair nəzəriyyəni təsdiqləyib.
İnterpress.az