Rus sərhədindəki Üçüncü Ordunun komandiri olan Mahmud Kamil Paşanın İstanbula, Hərbi Nəzarət Qurumuna göndərdiyi və Şərqi Anadoluda erməni köçünü başladan şifrəli məktub mətbuatda ilk dəfə yayımlanıb.
İnterpress.az xəbər verir ki, 27 may 1915-ci ildə çıxarılan “Köç Qanunu”nun tətbiqi o sırada Şərq Cəbhəsində ruslara qarşı döyüşən Üçüncü Ordunun komandiri Mahmud Kamil Paşanın İstanbula, Hərbi Nəzarət Qurumuna göndərdiyi bu şifrəli yazı ilə başlayıb. Paşa indiki Baş Qərargahın hərbi arxivində mühafizə edilən yazısında silahlı ermənilərin orduya böyük zərər verməyə başladıqlarını söyləyir və Şərqi Anadoludakı ermənilərin Hələb ilə Mosula göndərilməsini istəyib.
Türkiyənin məşhur yazarı Muraq Bardaqçı heç yerdə yayınlanmayan sənədi təqdim edib: “1915-ci ildə böyük ağrıların yaşandığını köçün ermənilər tərəfindən unudulmasının qeyri-mümkünlüyünü, amma köçləri \”soyqırım\” deyil, dövlətin o günlərdəki məcburiyyəti və daha da önəmlisi \”özünü müdafiəsi\” olduğunu illərdən bəri yazıb dilə gətirirəm”.
Köçün simvolik fotoşəkillərindən olan bu rəsm Birinci Dünya Müharibəsində Osmanlı ordusundakı alman səhiyyə məmurlarından olan Armin Vaqner tərəfindən çəkilib.
İki ayrı gün
“Bəzi məlum şəxslərin ağız-burun əyəcəklərini bildiyim halda yenə də qısaca yazıram. Şərq cəbhəsində bir tərəfdən rus ordusuna qarşı ölüm-dirim savaşı verən birliklərimiz, digər tərəfdən arxa cəbhədə təşkilatlanaraq ona arxadan zərbə vuran silahlı erməni qruplarının hədəfi halına gəlincə, hökumət döyüş bölgəsində yaşayan erməni xalqını imperatorluğun başqa bölgələrinə nəql etdirmək məcburiyyətində qalmışdı və \”köç\” əslində bu idi …
Əvvəla iki mövzunu, daha doğrusu iki tarixi qarışdırmamaq lazım olduğunu xatırladım. Bu sənəd erməni diasporunun butün dünyada gündəminə gətirə bilmək üçün hər cür vasitəyə əl atdığı köçün deyil, erməni cəmiyyətinin öndəgələn simalarının həbs edilərək fərqli vilayətlərdəki düşərgələrə göndərilməsi və çoxunun da təəssüf ki, geri dönə bilmədikləri təlimatın tarixidir. “Köç Qanunu” isə eyni ilin 27 mayında çıxarılıb.
Hafiz Haqqı Paşanın yerinə gələn Mahmud Kamil Paşa
Şərq Cəbhəsində ruslara qarşı döyüşən Üçüncü Ordunun komandiri Mahmud Kamil Paşanın 19 iyun 1915-ci ildə İstanbula, Hərbi Nəzarət Qurumuna göndərdiyi şifrəli yazını təqdim edirəm. 1880-ci ildə, Hələbdə doğulan Mahmud Kamil Paşa Balkan döyüşlərində İşkodra Qalasının komandirliyini etmiş, Birinci Dünya Müharibəsinin ilk aylarında uğradığımız Sarıqamış fiaskosu və Sarıqamışdaki 3-cü Ordunun komandiri Hafiz Haqqı Paşanın 1915 ci ilin yanvarında Ərzurumda difteriyadan ölməsindən sonra ordu komandiri təyin edilir. 1920-ci ildə təqaüdə çıxır və eyni il İstanbulda vəfat edir”.
Mahmud Kamil Paşanın şifrə ilə göndərdiyi yazı
Mətbuatda ilk dəfə yayımlanan bu sənədin əsli indi ATAŞE-də, yəni Baş Qərargah Əsgəri Tarix Arxivində saxlanılır. Paşa köçü, xüsusilə də Şərq və Cənub-Şərqi vilayətlərdəki ermənilərin başqa yerlərə göndərilməsini başladan yazısında bu sətirlər yer alıb: “… Şərqdəki müharibə sahəsi Ərzurum, Trabzon, Van, Bitlis, Elazığ, Diyarbəkir və Sivas vilayətlərindən ibarətdir. Hərəkat buralarda edildiyi kimi, ordunun qida və digər ehtiyacları da şəhərlərdən təmin edilməkdədir.
Silah, bomba və partlayıcılar
Ərzurum, Van və Bitlis vilayətləri daxilindəki ermənilər fərarilik edib düşmən tərəfinə qatılmaq, birliklər yaradaraq yolları kəsmək, xalqı qətl etmək, anbarları soymaq və qarışıqlıq yaradaraq iç üzlərini göstərdilər. Sivas, Diyarbəkir və Elazığ vilayətlərində yaşayan ermənilərin də eyni məqsəd və əməldə olduqları, ələ keçirilən silah, bomba, partlayıcı maddələri, eləcə də təşkilat yaratdıqları müəyyən olmuş və daha sonra Karahisardaki hadisə ilə də təsbit edilmişdir.
Sürgün etməsək olmaz
Bu səbəbdən ordunu ərzaqla təmin edəcək bölgənin və qərargah sərhədlərimizin keçdiyi yerlərdə düşməncə əməllərlə dolu olan ünsürlərin yaşamasını ordunun qida ehtiyacı və təhlükəsizliyi üçün zərərli görürəm.
Ordu xarici düşmənə qarşı böyük çətinliklərlə müqavimət etdiyi bir anda, ikmal işçilərinin və yeni qüvvələrin bir hissəsini daxili düşmənlərə ayıraraq böyük bir təhlükəyə məruz qalır.
Bu səbəbdən gələcəkdə daha dəhşətli vəziyyət qarşısında qalmamaq üçün, indidən yuxarıda ərz etdiyim vilayətlərdəki ermənilərin də Hələb və Mosul bölgələrinə köçürülməsi və yerləşdirilməsi üçün icazə verilməsi, valilərə də ordu tərəfindən bu haqda xəbərdarlığın iflasa uğramaması üçün göstəriş verilməsi, bu barədə veriləcək olan təsdiqin dərhal bildirilməsini xahiş edirəm”.
İki paşanın müəmmalı teleqrafları
1915-ci ildəki Sarıkamış təxribatından sonra Üçüncü Ordunun başına gətirilən və Şərq Cəbhəsində ruslara qarşı mübarizə aparan Mahmud Kamil Paşanın sənədləri, ölümündən 40 ildən çox zaman keçməsindən sonra, 1960-cı illərdə ortaya çıxarıldı və İstanbulda hərracda satıldı.
Paşanın sənədləri Birinci Dünya Müharibəsinin tarixi mövzusunda son dərəcə əhəmiyyətli idi, amma sənədlərin aqibətindən bir daha xəbər alınmadı.
İnterpress.az