Koreya: Parçalanmış ailələrin dramı – VİDEObackend

Koreya: Parçalanmış ailələrin dramı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az VOA-ya istinadən xəbər verir ki, bu rəsmi ailə qovuşmalarında indiyənədək ayrı düşmüş 60 min Koreya ailəsinin bir qismi bir araya gəlib. Fəallar isə daha çox koreyalararası ailə əlaqələri üçün dəstəyi artırmağa və bu məsələnin iki Koreyanı bölən ideoloji qarşıdurmanın əsiri olmasının qarşısını almağa çalışırlar.

Cənubi Koreyada yeni sənədli film ayrı düşən koreyalı ailələr məsələsini araşdırır.

Film Koreya müharibəsindən sonra minlərlə insanın ailələrindən ayrılmağa məcbur edilməsini və daha sonra iki ölkə arasında davam edən gərginliyə görə bir-birlərini ziyarət edə bilməyən insanları təsvir edir. Filmdə müsahibə alınan 100-dən çox ayrılmış ailə üzvlərinin böyük əksəriyyəti hazırda 70-80 yaşlarındadır. Filmin diqqət mərkəzində də bu insanların daşıdıqları emosional iztirablardır.

“Bizim bu proqram vasitəsilə çatdırmaq istədiyimiz əsas mesaj bütün siyasi məsələləri kənarda qoyub diqqəti ailə dəyərlərinə yönəltməkdir.”

2000-ci ildən bəri baş tutan rəsmi ailə qovuşmaları bəzi hallarda Koreyalararası gərginliklər səbəbilə təxirə salınıb. Şimali Koreya tərəfi ailə qovuşmalarının təşkilində və nəzarərində daha məhdudlaşdrıcı olub və bu qovuşmaları təbliğat məqsədilə istifadə edib.

“Şimali Koreyadan mənim “ura” dediyim yerdə şəklimi çəkmək və ya Şimali Koreya liderinə təşəkkür məktubu yazmağımı istəyən çox sayda jurnalist var idi, amma mən bunların heç birini etmədim”.

Keçmişdə fəallar Çində Şimali Koreya sərhədinə yaxın yerdə qeyri-rəsmi ailə qovuşmaları təşkil ediblər, amma daha sonra təhlükəsizlik tədbirlərinin artması bunu etməyi çətinləşdirib. İndi isə fəallar hər iki tərəfi bu məsələdə siyasi fərqliliklərini kənara qoymağa çağırırlar.

“Biz ayrı düşən ailələrin birləşməsini fundamental insan haqları olaraq görməliyik.”

Amma Şimali Koreyanın yaxın zamanlarda uzunmənzilli ballistik raket hazırlaması ilə bağlı şübhələr gərginliyi artırır. Bu isə hər iki ölkənin ailələrin birləşməsinə siyasəti qatdığını göstərir.

İnterpress.az