“Valideyn məsuliyyəti haqqında” qanun hazırlanırbackend

“Valideyn məsuliyyəti haqqında” qanun hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Modern.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsininsədr müavini Sədaqət Qəhrəmanova deyib.

O qeyd edib ki, komitə tərəfindən hazırlanan “Valideyn məsuliyyəti haqqında” qanun layihəsi qəbul olunarsa, valideynlər öz məsuliyyətini hiss edərlər və erkən yaşda qız uşaqlarını ərə verməzlər.
“Hər bir valideyn dünyaya gətirdiyi övladın gələcəyini normal düşünə bilirsə, onu həmin bəlaya düçar etməz. Bununla bağlı Komitə böyük maarifləndirmə tədbirləri həyata keçirir. Sabunçu rayonu Nardaran qəsəbəsində bu mövzuda tədbir keçirdik, həm də 11 oktyabr günü münasibətilə BMT-nin tədbirini qeyd etdik. Bu tədbirin keçirilmə yeri də təsadüf deyildi, çünki orada erkən nikah məsləsi və başqa şeylər bizi narahat edirdi. Bu gün Komitə əsas hədəf kimi kəndləri seçir. Çünki bu problemlər cahil cəmiyyətdə baş verir, savadsız insanlar bunu edir. Erkən nikahı dinimizlə əlaqələndirəndə qarşısımızda sual yaranır ki, bizim hədəflərimiz kimdir və bu sözləri kimə deməliyik. Ona görə müəyyən regionlar var ki, orada erkən nikah, qeyri-rəsmi nikah məsələsi problem olaraq qarşımızdadır. Biz məhz o regionlara, zonalara gedirik və orada insanlarla danışırıq”.

S.Qəhrəmanova erkən nikahların yaşandığı regionlar içərisində cənub zonasını xüsusi vurğulayıb.

“Bu yaxınlarda Masallıda olduq, Neftçalda layihəmiz davam edir. Regionların Qadın Resurs mərkəzlərini yaradırıq. Sabirabad, Neftçala, Masallı rayonlarında bu layihə həyata keçirilir və düşünürük ki, bütün regionlarda reallaşdıraq. Yəni hər bir problemin həllində o problemi yaradan hədəfləri tapmaq lazımdır. Hədəfləri tapıb, onlara sözümüzü deyirik. Əsas məsələ insan şüuruna təsir etmək və hüquqi bazanı gücləndirməkdir. İnsanlar belədir, qanun onların qarşısını daha güclü alır və maarifləndirmə şüurlarına nə dərəcədə təsir edirsə, biz nəticə ala bilirik”.

Sədaqət Qəhrəmanova vurğulayıb ki, hər bir ailənin ailə psixoloqu olmalıdır. “Sovet dövrünün adamıyam. Bu, indinin problemi deyil. Hələ sovet dövründə ideoloji məsələlər üzrə şəhər partiya komitəsinin katibi işləyirdim. Onda da bu problemlərdən narahat idik və işləyirdik. Ailədə milli-mənəvi dəyərlər, psixoloji durum əsasdır. Bu gün hər bir ailənin ailə pxiloquna ehtiyacı var. Çalışmalıyıq hər bir ailənin öz həkimi, psixoloqu olsun”.

Komitə sədrinin müavini bu gün qızların ailə daxilində təcüvüzə məruz qalmasına görə anaların məsuliyyətsiz olduğunu qeyd edib.

“Ailədə ananın rolu uşaqların, əsas da qızların tərbiyəsində çox böyükdür. Ana həssas olmalıdır. Təcazvüzü edən kişi cinsidir. Ana öz qızının üzərində diqqətli olmalıdır. Burada onun hərkətini duymalıdır, hiss etməlidir. Əgər bunu duymursa, iş-işdən keçəndən sonra bunlar hamısı bəlli olursa, o, ana analıq vəzifəsindən istifadə edə bilmir”.

Sədaqət Qəhrəmanova qızların təcavüzə məruz qalması, ailədə baş verən məişət zorakılığı ilə bağlı xoşagəlməyən hadisələrin mediada işıqlandırılmasının qəti əleyhinə olduğunu bildirib. “Bununla pis məqamların təbliğatı gedir. Bir ailədə belə gərgin situasiya varsa, kimsə belə bir situasiyanın nəticəsini mətbuatdan oxuyub, televiziyadan baxıb cinayətdə, ölümdə görürsə, elə bil ki, mesaj verilir ki, “səndə belə edə bilərsən?””.

Komitə sədrinin müavini “Valideyn məsuliyyəti haqqında” qanun layihəsinin hələ hökümətdə olduğunu qeyd edib.

“Prosedur qaydalarına uyğun olaraq baxılıb Milli Məclisə təqdim olunmalıdır və Milli Məclisdə müvafiq komitə ona baxmalıdır”.

İnterpress.az