Bunu bir qrup valideyn adından cumhuriyyet.az-a məktub ünvanlayan Yavər Cabbarov qeyd edir.
Şikayətçi bildirir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitində qış imtahan sessiyası zamanı bir sıra haqsızlıqlar qeydə alınıb. Belə ki, imtahanlara daxil olan tələbələrin 80 faizi kəsilib: “Azərbaycan Dövlət Neft Akademiyasaının adının Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılması və yeni rektor təyinatından sonra buradakı neqativ hallar artan dinamika üzrə gedir. Bu hal xüsusilə qış-imtan sessiyasının başlanması ilə özünü biruzə verdi. Belə ki, ali təhsil ocağında keçirilən qış imtahan sessiyasında bir qrup üzrə 80 % tələbələr imtahandan kəsilmişdir. Müəllimlər özləri etiraf edir ki, mövcud vəziyyətlə bağlı, büdcədəki pul çatımazlığını önləmək üçün yuxarıların sifarişi ilə tələbələrin kütləvi surətdə imtahandan kəsilməsinə start verilmişdir. Biz kasıb vətəndaşlar olan-qalan pullarımızı toplayıb, borc-xərc edib övladlarımızın təhsil almaları üçün dəridən-qabıqdan çıxırıq. Lakin ovladlarımıza qarşı bu cür haqsızlıqlar edilir. Bir ali məktəbdə tələbələr kütləvi qaydada imtahandan kəsilməsi o deməkdir ki, ya müəllim dərs proqramını tədris etmir, ya da sifariş əsasında edilir”.
Yavər Cabbarov yazır ki, qaydalara əsasən bir fəndən kəsri olan tələbə növbəti imatan sessiyasına kimi təqüddən məhrum edilir: “Qaydalara əsasən bir fəndən kəsri olan tələbə növbəti imatan sessiyasına kimi təqüddən məhrum edilir, üstəlik həmin fənnin təkrar keçilməsi üçün tələbə ali məktəbin hesabına 170 manata qədər ödəniş etməlidir.
Digər ali məktəblərdə bunun üçün müəyyən kredit limiti mövcuddur. Lakin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində belə qayda yoxdur. İqtisadi cəhətdən çətin, qiymətlərin artdığı, iş yerlərində ixtisarların baş alıb getdiyi şəraitdə övladlarımıza qarşı edilən bu haqsızlıqlar onsuz da maddi cəhətdən ağır olan vəziyyətimizi daha da ağırlaşdırır və belə hallar bizi çox məyus edir”.
Qeyd edək ki, ADNSU yaradıldıqda onun rəhbərliyinə Mustafa Babanlı gətirildi. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, Texniki Universitetdə prorektor çalışan Babanlı rektor təyinatı aldıqdan sonra ADNSU-da test üsulu ilə imtahanların götürüləcəyini vəd edib. Y.Cabbarov yazır: “Onu da qeyd etməliyik ki, Universitetə yeni rektor təyin edilərkən tələbələrlə Mustafa Babanlı görüşündə yalnız I kurslarda imtahanların test üsulu ilə keçiriləcəyini vəd etsə də, vədinə əməl etmədi.Halbuki Azərbaycan Texniki Universitetində prorektor işlədiyi zamanda test üsulunu ilk dəfə tətbiqi məhz Musatafa Babanlı tərəfindən təklif edilmişdir.Lakin nədənsə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə rektor təyin edilən cənab Mustafa Babanlı test üsulunu tətbiq etmir.Məhz bu cür səbəblərə görə imtahanların yazılı qaydada keçirilməsi zamanı tələbələr nəzarətçilərin haqsızlıqları ilə üzləşirlər”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
İnterpress.az