8 yaşlı uşaq alkoqol asılılığına görə UÇOTA ALINDIbackend

8 yaşlı uşaq alkoqol asılılığına görə UÇOTA ALINDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novosibirskdə səkkiz yaşlı uşaq alkoqolizmə görə qeydiyyata alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Sosial orqanlar azyaşlının spirtli içki qəbul etdiyini aşkar edib, ona narkoloji diaqnoz qoyulub və stasionar müalicəyə göndərilib.

Hazırda uşaq içkini dayandırıb, lakin psixoloqla fərdi məşğələlərini davam etdirir.

Səhiyyə rəsmiləri uşaqların spirtli içkiyə daha sürətlə aludə olduğunu və bu asılılığın xüsusilə təhlükəli sayıldığını bildiriblər.

Xuraman Etibarlı

İnterpress.az